Sovet dövründə ucaldılan abidə şəhərin yeni icra başçısının xoşuna gəlməyib
Sumqayıt şəhərinin simvolu dəyişdirilə bilər. Modern.az-ın məlumatına görə, Sumqayıt şəhərinin girişində ucalan simvol İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizovun xoşuna gəlməyib. E.Əzizov İcra Hakimiyyətindəki toplantıda deyib ki, şəhərin girişində olan abidənin hansı məna verdiyini bilmək mümkün deyil. İcra başçısı tezliklə şəhərin yeni gerbinin hazırlanacağını da qeyd edib. Yeni icra başçısı onu da vurğulayıb ki, şəhərin gerbinin certyoju müsabiqə yolu ilə seçiləcək.
Qeyd edək ki, üzərində göyərçin qanadları olan 15 ədəd üst-üstə qoyulmuş və aşağıdan tuxarıya doğru spiral şəklində burulan daş plitələrdən ibarət abidə şəhərin simvoludur. Sumqayıtın girişində ucalan abidədəki 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakını, spiral şəkili sonsuz şəhər olmasını, göyərçin isə sülhün rəmzini simvoilizə edir. Göyərçinin qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmayıb. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski). Modern.az