Modern.az

Hacıbala Abutalıbov Bakıya dəvə karvanı gətirəcək

Hacıbala Abutalıbov Bakıya dəvə karvanı gətirəcək

Ölkə

13 Mart 2011, 23:54

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, ilaxır çərşənbə münasibətilə paytaxta bayram şənliyi təşkil ediləcək. Belə ki, martın 15-də saat 12:00-da “Azneft” meydanından dəvələrdən ibarət karvanla hərəkət edərək Suraxanı rayonu ərazisindəki "Atəşgah" məbədindən od götürən milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirilən odla saat 19:00-da Qız qalasının üstündəki məşəli alovlandıracaqlar. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, ilaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil ediləcək. Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bayram konsertinə və atəşfəşanlığa dəvət edib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı