Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il aprelin 3-də və 10-da növbəti sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu imtahanlarda yeni – 2 nömrəli test kitabçalarından istifadə olunacaq. Həmin imtahanda iştirak etmək istəyən abituriyentlər martın 15-dən saat 11:00-dan etibarən Komissiyanın internet saytının müvafiq səhifəsinə www.tqdk.gov.az/sinaq daxil olmalı, TQDK-nın ödəmə kartının seriya nömrəsi və PİN kodundan istifadə etməklə sınaq imtahanına yazılmalıdırlıar. Həmin səhifədə imtahanların keçiriləcəyi yerlərin siyahısı göstəriləcək.
Ödəmə kartlarını TQDK-nın “Abituriyent” satış köşkündən (Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17), TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində yerləşən regional bölmələrindən, həmçinin respublikanın bütün şəhər (rayon) poçt şöbələrindən əldə edə bilər.
Abituriyentlər ödəmə kartlarını elektron formada da əldə edə bilərlər. Belə ki, “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada ala bilər.
Qeyd: Sınaq imtahanlarına abituriyentlər yalnız özlərinin şəxsiyyət vəsiqəsi ilə yazılmalıdırlar.
Modern.az