Modern.az

Əli Əhmədov İsa Qəmbərdən hal-əhval soruşub: - Nə var, nə yox, necəsiniz? - Hər şey qaydasındadır

Əli Əhmədov İsa Qəmbərdən hal-əhval soruşub:  - Nə var, nə yox, necəsiniz? - Hər şey qaydasındadır

Ölkə

14 Mart 2011, 19:40
Martın 14-də ATƏT sədri ilə Azərbaycandakı siyasi partiyalar arasında keçirilən görüşdən bir qədər əvvəl bir yerdə oturan YAP icra katibi Əli Əhmədovla Müsavat başqanı İsa Qəmbər bir-biri ilə hal-əhval tutublar ("Azadlıq radiosu").

Əli Əhmədov:
- Nə var, nə yox, necəsiniz?

İsa Qəmbər:
- Hər şey qaydasındadır. Bilirəm, bir az xaricə gedənlərimizdən narahatsız, onlar da qayıdırlar.

Əli Əhmədov:
- Aha, təbrik edirəm, təbrik edirəm. Bütün gedənlər qayıtsın.

İsa Qəmbər:
- Yeni gələnlər də var, prinsipcə, her şey qaydasındadır. Sadəcə reallıqları hamı dəqiq nəzərə alsa, ölkənin taleyində də hər şey daha yaxşı olar.

Əli Əhmədov:
- Çox sağ olun. Ölkənin taleyindən narahat olmayın... Ölkənin taleyi etibarlı əllərdədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı