Modern.az

Gənclər daha bir aksiya elan etdilər: 19 martda-Fəvvarələr meydanında!

Gənclər daha bir aksiya elan etdilər: 19 martda-Fəvvarələr meydanında!

Ölkə

15 Mart 2011, 13:44

Şənbə günü Eynulla Fətullayevin müdafəsi ilə bağlı etiraz aksiyası keçiriləcək

 

“Facebook” sosial şəbəkəsində müxalifyönlü gənclər daha bir aksiya ilə bağlı məlumat yayıblar. Modern.az-a daxil olan müraciətdə bildirilir ki, martın 19-da saat 14.00-da Fəvvarələr meydanında gənclərin etiraz aksiyası keçiriləcək. Aksiya həbsdə olan jurnalist Eynulla Fətullayevin müdafiəsi ilə bağlıdır.

 

“Eynulla Fətullayev martın 2-dən bəri yarımzirzəmi şəraitdə, rütubətli yerdə, təmiz havadan təcrid vəziyyətdə yaşayır. Vəziyyəti çox ağırdır. Biz onu azadlıqda sağlam görmək istəyirik. Ona dəstək üçün martın 19-da azadlığını tələb edəcəyik”-deyə müraciətdə bildirilir.

Müraciətdə təşkilatçı olaraq iki gənc Rasim Əlibəyli və Nərmin Həsənli göstərilib.

 

Rasim Əlibəyli Türkiyənin Ankara Qazi Unversitetində oxuyur. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...