Modern.az

ASDP Zərdüşt Əlizadənin güdazına gedib

ASDP Zərdüşt Əlizadənin güdazına gedib

Ölkə

15 Mart 2011, 13:57

“Onun Andreas Qrossla mübahisəsindən sonra ATƏT partiyanı heç bir tədbirinə dəvət etmir”

 

 

ATƏT sədrinin Bakıya səfəri zamanı siyasi partiyalarla dünən keçirdiyi görüşə Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) dəvət edilməyib. Ölkənin bir sıra aparıcı siyasi partiya rəhbərlərinin dəvət olunduğu görüşə ASDP həmsədri Araz Əlizadə çağırılmamağının səbəbini Modern.az-a açıqlayıb. “Çoxdandır ki, bizi belə görüşlərə dəvət etmirlər. Dünənki görüşə də bizə heç bir dəvət göndərilmədi. Səbəb isə ondan ibarətdir ki, bir dəfə Zərdüşt Əlizadə görüşlərin birində çıxış edərək Andreas Qrossa bildirdi ki, “siz bura Azərbaycanın problemlərini həll etmək üçün gəlməmisiniz. Siz bura transmilli şirkətlərin maraqlarının güdmək üçün gəlirsiniz. Ondan sonra Zərdüşt bəy partiyadan getdi, ATƏT bu cür görüşlərə bizi partiya kimi dəvət etmədilər. Amma Zərdüşt bəyi qeyri-hökumət təşkilatının rəhbəri  kimi dəvət edirlər”.

 

Bununla yanaşı, A.Əlizadə ATƏT-in təşəbbüsü ilə keçirilən görüşlərin heç bir əhəmiyyətə malik olmadığını bildirib: “Bu görüşlər boş şeydir. Heç bir əhəmiyyəti yoxdur. Bizim ATƏT-in Bakı ofisi ilə heç bir əlaqəmiz yoxdur. Əlbəttə, buna da zərurət də duymuram. Çünki, mən yenə deyirəm ki, Azərbaycanda demokratiya olacaqsa, ancaq Azərbaycan cəmiyyətinin özündən olacaq. Xaricdən heç kim bizə demokratiya gətirməyəcək. Əgər Azərbaycan Dağlıq Qarabağ problemini həll edəcəksə, bunu da ancaq özü edəcək. Mövcud problemi ATƏT-in Minsk qrupu həll etməyəcək. Onlar özləri üçün pul qazanırlar. Turist səfərləri edirlər. Odur ki, deyə bilərəm bu görüşlərin heç bir dəxli yoxdur”-deyə ASDP həmsədri vurğulayıb. Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı