Süjetlərdə “islahatçılar” adlandırılan gənclər inqilab dalğasının əsas qüvvəsi adlandırılır
İranın “Səhər” kanalı Bakı şəhərində mart ayında baş vermiş etiraz aksiyalarının çəkildiyi videosüjetləri tam şəkildə efirə verir. Bunu Modern.az saytının əməkdaşı telekanalın verilişlərini müşahidə edərkən müəyyənləşdirib.
“Səhər” TV hər gün gənclərin “Böyük Xalq Günü” adlı etirazını və Müsavat Partiyasının Fəvvarələr meydanında keçirdiyi aksiyaları mütəmadi olaraq özlərinə uyğun şəkildə şərhlərələ efirə verirlər. Süjetlə bağlı verilən şərhlərdə etiraz edən gənclər “islahatçılar” kimi təqdim edərək onları inqilab dalğasının əsas qüvvəsi adlandırırlar. Tez-tez verilən kadrlarda polislərin vətəndaşlara qarşı zorakılığı göstərilir və bu zaman studiyaya dəvət edilən qonaq - politoloqlar Qərb ölkələrinin Azərbaycanda yalnız neft barədə düşündüklərini, insan faktoruna önəm vermədikləri barədə siyasi şərhlərini səsləndirir.
Bundan əlavə Azərbaycandan olan vətəndaşları birbaşa efirə qoşaraq onların ölkə və iqtidar barədə reaksiyalırını öyrənir və daha çox yönəldici suallarla özlərinə sərf edən cavabları almağa çalışırlar.
Qeyd edək ki, peyk vasitəsi ilə yayımlanan “Səhər” TV-ə Azərbaycanın cənub rayonlarında adi televiziya ilə də asanlıqla baxmaq olur. “Səhər” Azərbaycana qarşı qərəzli və birtərəfli mövqeyi ilə tanınır.
Modern.az