Modern.az

Dövlət İdarəçilik Akademiyasına hələ də rektor təyin edilməyib

Dövlət İdarəçilik Akademiyasına hələ də rektor təyin edilməyib

Ölkə

17 Mart 2011, 11:53

Prezident yanında Dövlət İdarəçilik Akademiyasına hələ də rektor təyin edilməyib. Bunu Modern.az saytına açıqlamasında təhsil ocağının hüquqşünası Vacib Eldarov bildirib. Onun sözlərinə görə, 2010-cu ilin iyulunda akademiyanın rektoru, professor Seyfəddin Qəndilov dünyasını dəyişib. O vaxtdan indiyəfək prorektor Əlikram Abdullayev rektor əvəzidir.

 

“Hələki Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilməyib. Rektor səlahiyyətlərini prorektor Əlikram Abdullayev icra edir”-deyə hüquqşünas saytımıza bildirib.

Xatırladaq ki, Dövlət İdarəçilik Akademiyasının sabiq rektoru, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Seyfəddin ötən il iyul ayının 20-də dünyasının dəyişib. Qeyd edək ki, mərhum professor 1999-cu il fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru təyin edilmişdi. 

 

Anar Rüstəmov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı