Modern.az

Bütün pensiyalar Novruz bayramınadək veriləcək

Bütün pensiyalar Novruz bayramınadək veriləcək

Ölkə

17 Mart 2011, 16:41

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) Novruz bayramı ilə əlaqədar ölkə üzrə pensiyaların maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Belə ki, DSMF-nin Aparatı tərəfindən mart ayı üzrə pensiyaların maliyyələşməsi üçün ayrı-ayrı şəhər və rayonlar üzrə lazımı vəsaitin yerli şöbələrin hesablarına köçürülməsi həyata keçirilib və bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını əldə edə biləcəklər. Bu barədə Modern.az saytına Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.   

 Qeyd edək ki, bir qayda olaraq ölkə üzrə əmək pensiyaları hər ayın 20-dən sonuna kimi müvafiq qrafikə əsasən maliyyələşdirilir.  Ümumilikdə bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə edilməyib. Həmin ayların sonuna kimi hər ay üzrə maliyyələşmələr tam başa çatdırılıb.

Azərbaycanda 01 yanvar 2011-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 292 155 nəfər təşkil edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı