Azərbaycanda qadınların sayı getdikcə azalır. Belə ki, son dövrlərdə aparılan monitorinqlərin nəticələrinə görə, bir-iki uşağa meyilli olan qadınlar qız uşağı dünyaya gətirməyə maraqlı deyillər və onlar qız uşağına hamilə qalarkən aborta üstünlük verirlər.
Bu gün dünyaya gələn uşaqlar arasında oğlanlar üstünlük təşkil edir. Bunu statistikanın nəticələri də təsdiqləyir. Belə ki, Azərbaycan əhalisi arasında qadınların sayı 51 faizdən 46 faizə düşüb. Qadınların sayının azalmasının əsas səbələrindən biri dölün ana bətnində məhv edilməsidir. Bu proses özünü artıq bağçalarda, məktəblərdə təhsil alan uşaqların nisbətində də göstərir. Belə ki, hər 10 uşaqdan iki və ya üçü qız uşağıdır.
Azərbaycanda qız uşaqlarının az olmasını ultrasəs müayinəsi (USM) ilə əlaqələndirən millət vəkili Hadı Rəcəbli bu prosesin Çində də müşahidə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bu ölkədə dünyaya gələn uşaqların 60 faizi oğlandır.
“Dünyaya gələn qız uşaqlarının sayının azalması prosesi ona gedir ki, bir vaxtlar çoxarvadlılıq var idisə, indi çoxkişililik ola bilər. Buna görə Çində ultrasəs müayinəsi artıq qadağan olunub. Abortların qarşısı alınması üçün ultrasəs müayinəsinin qadağasıbizdə də tətbiq edilməlidir” deyə millət vəkili əlavə edib.
Aytən ƏLİYEVA