Modern.az

Komitə sədri: “Qızların nikah yaşı qaldırılmalıdır” - Deputat: “Yox qaldırılmamalıdır”

Komitə sədri: “Qızların nikah yaşı qaldırılmalıdır” - Deputat: “Yox qaldırılmamalıdır”

Ölkə

21 Mart 2011, 16:05

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı məsələ qaldırıb. Komitənin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsi üçün təklif verib Modern.az-ın məlumatına görə, H.Hüseynova deyib ki, Azərbaycanda qızların nikah yaşı üçün 17 yaş müəyyənləşdirilib, amma BMT-nin Uşaq Konvensiyasinda bu hədd 18 yaşdır. ”Azərbaycan bu konvensiyaya qoşulub. Çalışırıq ki, təklifimiz reallaşsın. Ancaq hələ ki məsələ yubanır”. Qeyd edək ki, Milli Məclisdə Ailə Məcəlləsinə dəyişiklik edilməsi gözlənilir. Və o zaman qızların da nikah yaşı qaldırıla bilər. “Qızların nikah yaşı qaldırılmamalıdır”. Bu fikri isə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Ailə Məcəlləsində qızların nikah yaşının artırılması ilə bağlı dəyişiklik edilməsi məsləsini Modern.az-a şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, o,  qızların nikah yaşının qaldlrılmasının tərafdarı deyil. “Hesab edirəm ki, qızların nikah yaşı indiki həddə, yəni 17 yaşda qalmalıdır. Bu eyni zamanda sosial və bioloji məsələdir”-deyən M.Quliyevin özlərinə görə, 17 yaşıan çatan qızlar bioloji yetkinliyə çatdıqlarından ailə qura bilərlər.  

 

Hazırda Azərbaycanda qızların nikaha daxil olma yaşı 17, oğlanlarınki isə 18-dir. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı