Modern.az

8 dəfə ərə gedən məşhur aktrisa vəfat edib

8 dəfə ərə gedən məşhur aktrisa vəfat edib

Ölkə

23 Mart 2011, 19:50

Hollivudun məşhur aktrisası Elizabet Teylor 79 yaşında vəfat edib. Modern.az-ın məlumatına görə, bu barədə “France-Presse” xəbər yayıb.

Teylor hələ fevralın ortalarında ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, Los-Ancelsdəki tibb ocağında müaəlicə olunurdu. Hollivudun bu məşhur aktrisası ilk dəfə kinoya 9 yaşında – 1942-ci ildə çəkilib.  Karyerası ərzində iki "Oskar" mükafatı alan Teylor məşhur "Kleopatra" filmində oynadığı roluyla bütün dünyada məşhur idi.

Elizabet Teylor 8 dəfə nikaha girib. Bu nikahlardan onun iki oğlu, iki qızı dünyaya gəlib. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı