Modern.az

Elmar Vəliyevdən Gəncənin Təhsil İdarəsinə xüsusi göstəriş: "Hər məktəbdən bir şagird..."

Elmar Vəliyevdən Gəncənin Təhsil İdarəsinə xüsusi göstəriş: "Hər məktəbdən bir şagird..."

Ölkə

29 Mart 2011, 16:27


Gəncədə orta məktəblərdə hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsi və hərbi lisyelərə qəbulun təşviq edilməsi məqsədilə tədbir keçirilib. Gəncə şəhər İcra Hakimiyyəti başcısının təşəbbüsü ilə təşkil edilən tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin zabitləri və Gəncədən olan kursantlar da iştirak edib.
Modern.az saytının məlumatına görə, görüşə Gəncənin 46 məktəbinin 8 və 9-cu siniflərinin şagirdləri, ibtidai hərbi hazırlıq müəllimləri qatılıb.
Tədbirdə iştirak edən şagirdlərə Cəmşid Naxçıvanski adına hərbi liseyin təlim-tədris prosesi haqqında ətraflı məlumat verilib.
Cəmşid Naxcıvanski adına hərbi liseyin bölmə rəisi Çingiz Quliyev deyib ki, bu görüş şagirdlərdə hərbi liseyə gəlmələri üçün maraq oyatmaqdır.

Son 2-3 ildə Gəncə şəhərinin ümumtəhsil ocaqlarından 33 nəfər Cəmşid Naxçıvanski  adına hərbi liseyə qəbul olunub.  Bu isə o qədər də ürəkaçan rəqəm deyil.
Gəncə şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyev bu rəqəmin artırılması üşün Təhsil İdarəsinə xüsusi göstəriş verib. İcra başçısı hər bir məktəbdən bir şagirdin hərbi liseydə təhsil alması üçün bütün şərait yaradılmasını tapşırıb. Qeyd edək ki hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənnlərindən imtahan verəcəklər. Liseyə qəbu olmaq istəyən namizədlər 01.04.2010-cu il tarixdən 30.04.2011-ci il tarixədək hərbi liseyin rəisinin adına ərizə ilə müraciət etməlidirlər. Təhsil müddəti 3 ildi.

Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı