Qəhrəman Ağayev: “Burada hələ açılmamış bir neçə quyu da var”
“Qubada soyqırımı məzarlığında aparılan qazıntılar zamanı ermənilər tərəfindən öldürülmüş 400-ə yaxın insan cəsədi bütöv halda aşkar edilib. Ümumilikdə burada 600-ə yaxın şəxsin sümükləri var”. Bu sözləri Modern.az-a açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.
Onun sözlərinə görə, qazıntılar nəticəsində tapılan 7000 sümük ekspertiza üçün Bakıya göndərilib.
“Burada hələ açılmamış bir neçə quyu da var. Biz onlara hələ dəymirik və beynəlxalq ekspertlərin bura gəlişini gözləyərik”-deyə Q.Ağayev bildirib.
Quba məzarlığı barədə məlumat alan erməni alim azərbaycanlı həmkarına zəng edərək buna inanmadığını deyib. Q.Ağayev həmin alimi Beynəlxalq Təhqiqatlar Günü çərçivəsində Quba məzarlığına dəvət edib.
Soyqırımı kompleksinin olacağı ərazidən altı ailənin köçürülməsi planlaşdırır. Eyni zamanda yaxınlıqdan keçən çayın sahilində bəndbərkitmə işləri də davam etdirilir. Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov Modern.az-a bildirib ki, muzey kompleksi 3,5 hektar ərazini əhatə edəcək.
“Bu ilin sentyabr ayında Soyqırımı muzeyinin açılışı olacaq”-deyə icra başçısı bildirib.
Modern.az