Modern.az

ALP: “İsa Qəmbər və Əli Kərimli cavab vermirlər”

ALP: “İsa Qəmbər və Əli  Kərimli cavab vermirlər”

Ölkə

30 Mart 2011, 09:38

VİP və ALP-nin bu partiyalara ünvanlanan müraciətini müxalifətçilər eşitməzliyiə vurublar

Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) müxalifətin inteqrasiyaı ilə bağlı apardıqları müzakirələrlə bağlı birgə açıqlama yayıb. Açıqlamada deylir ki, Azərbaycanın müxalifət qüvvələrinin bir araya gəlməsi məqsədilə VİP və ALP fevralın 26-da ölkənin müxalifət qüvvələrinə birgə müraciət ünvanlanıb: “VİP və ALP sədrləri Əli Əliyevlə Əvəz Temirxan bu təşəbbüs çərçivəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə müzakirələr aparıb.
VİP və ALP sədrləri eyni mövzuda müzakirələrin aparılması məqsədilə martın 17-də Müsavat Partiyasının başqanı İsa Qəmbərə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə yazılı müraciət göndərib. Müraciətə cavab verilməsi üçün göstərilən müddətin başa çatmasına baxmayaraq, İ.Qəmbər və Ə.Kərimli onlara ünvanlanmış təklifə nə yazılı, nə də şifahi formada hər hansı münasibət ifadə etməyib”.

Açıqlamada Müsavat və Xalq Cəbhəsi partiyalarının təşəbbüsə münasibətindən təəssüf hissi vurğulanıb:
“Onların belə mövqe nümayiş etdirmələri müxalifət qüvvələrinin bir araya gəlməsində maraqlı olmadıqlarının göstəricisi kimi qiymətləndirilir. Bəyan edirik ki, ALP ilə VİP olaraq müxalifətin geniş spektrli birliyinin yaranmamasına təəssüflənməklə yanaşı, bizim də iştirak edəcəyimiz əməkdaşlıq formasının müəyyənləşdirilməsi yönündə fəaliyyətimizin nəticəsinə dair yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı