Modern.az

AXCP Lalə Şövkətlə əməkdaşlığa ehtiyac görmür

AXCP Lalə Şövkətlə əməkdaşlığa ehtiyac görmür

Ölkə

30 Mart 2011, 13:11

Partiyada hesab edirlər ki, müxalifətin yeni birliyi pərakəndəliyə səbəb ola bilər

Azərbaycan Xalq Cəbhəsi Partiyası ALP və VİP-in müraciətinə münasibət bildirib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Modern.az saytına Liberal Partiyasının Vətəndaş və İnkişaf Partiyası tərəfindən Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərə ünvanlanan birgə müraciəti şərh edərkən deyib ki, ALP və VİP-in əməkdaşlıq təklif indiki reallıqda heç də siyasi zərurət əks etdirmir.

“AXCP hazırki şəraitdə İctimai Palatadan kənarda olan hər hansı strukturlaşmanı vacib hesab etmir. Hər bir siyasi birlik modeli ilk növbədə siyasi və ictimai zərurəti özündə ifadə etməlidir. Bu baxımdan bu zərurəti İctimai Palata ifadə elədiyindən hər hansı kənar qruplaşmalara ehtiyac yoxdur”-deyə o vurğulayıb.

F.Qəhrəmanlı hesab edir ki, müxalifət düşərgəsində yaranacaq bu birlik siyasi qüvvələt arasında pərakəndəliyə səbəb ola bilər.

“Hesab edirəm ki, yeni birlik diqqəti bir mərkəzdən yayındıra bilər və ölkədə ictimai marağın parçalanmasına gətirib çıxara bilər. Eyni zamanda siyasi qüvvələr arasında pərakəndəliyə də səbəb ola bilər. Bu baxımdan biz İctimai Palata formatını çox uğurlu sayırıq və hesab edirik ki, burda təkcə siyasi partiyalar deyil, həm də cəmiyyətin aktiv kəslərin inteqrasiya imkanları var”-deyə AXCP rəsmisi əlavə edib.

Xatırladaq ki, Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) müxalifətin inteqrasiyaı ilə bağlı apardıqları müzakirələrlə bağlı birgə açıqlamada bildiriblər ki,

 müzakirələrin aparılması məqsədilə martın 17-də Müsavat Partiyasının başqanı İsa Qəmbərə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə yazılı müraciət göndərib. Müraciətə cavab verilməsi üçün göstərilən müddətin başa çatmasına baxmayaraq, İ.Qəmbər və Ə.Kərimli onlara ünvanlanmış təklifə nə yazılı, nə də şifahi formada hər hansı münasibət ifadə etməyib.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı