Modern.az

Təhsil Nazirliyi 12 rayon və şəhər üzrə sınaq imtahanlarının nəticələrini açıqladı

Təhsil Nazirliyi 12 rayon və şəhər üzrə sınaq imtahanlarının nəticələrini açıqladı

Ölkə

30 Mart 2011, 13:22

Təhsil Nazirliyi ölkənin ümumtəhsil müəssisələrində sınaq (yoxlama) imtahanlarınının keçirilməsini davam etdirir. Nazirliyin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az saytına verilən məlumata görə, növbəti sınaq imtahanları martın 27-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında keçirilib.

Bu rayonların ümumtəhsil məktəblərində orta (9-cu sinif) və tam orta təhsil (11-ci sinif) səviyyələri üzrə keçirilən sınaq imtahanlarının nəticələri bu gün açıqlanıb.
(imtahanların nəticələri burada - //exam.edu.gov.az/)

Nazirlikdən bildirilib ki, imtahanlar test üsulu ilə keçirilib və bu, buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb. Məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

9-cu siniflərdə imtahanlar ana dili və riyaziyyat, 11-ci siniflərdə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.  
Sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı