Modern.az

“21-ci əsrdə Amerika ilə amerikalılıq etmək olarmı? (Deputat, jurnalist və yazıçının cavabları)

“21-ci əsrdə Amerika ilə amerikalılıq etmək olarmı? (Deputat, jurnalist və yazıçının cavabları)

Ölkə

30 Mart 2011, 16:48

Bu gün, 21-ci əsrdə dünyanın ən güclü dövləti kimi Amerika Birləşmiş Ştatları göstərilir. Bir çoxları hesab edirlər ki, dünyanın hegemon dövlətinin siyasətinə qarşı çıxmaq o qədər də asan deyil. Bunu hətta mümkünsüz sayanlar da var. Amma bunun əksini düşünənlər də var. Ümumiyyətlə, 21-ci əsrdə Amerika ilə amerikalılıq etmək olarmı?

Modern.az-ın əməkdaşı millət vəkili, jurnalist və yazıçıdan suala cavab öyrənib.

Millət vəkili Tahir Rzayev bildirib ki, 21-ci əsrin ziddiyətli əsr olduğunu elə ik illərdən hiss etmək olar.
“Ona görə mən bir vətəndaş kimi 21-ci əsri istila əsri, ziddiyətli əsr kimi qiymətləndirirəm. Bu əsrin başlanğıcı dünyanın ayrı-ayrı ölkələrinin güclü dövlətlər tərəfindən istilas; ilə yadda qalıb. Həmin güclü dövlətlər öz şəxsi mənafeləri üçün özlərindən zəif olan ölkələri ayaqlar altına alırlar” deyən deputat söhbətin İran, Əfqanıstan, indi Ərəb dünyasında baş verən hadisələrdən getdiyini vurğulayıb.
T.Rzayevin sözlərinə görə, fransız məktəbli mitinq istəyərsə, onu ayaqlar altına atırlar, İngiltərədə itə yedizdirirlər, ABŞ-da isə dubinka ilə öldürürlər.
“Amma həmin güclü dövlətlər digər ölkələrdə öz ideyalarını, istəklərini, maraqlarını təmin etmək üçün hər çirkin oyuna əl atırlar”.
21-ci əsrdə Amerika ilə amerikalılıq etmək məsələsinə gəlincə isə millət vəkili qeyd edib ki, dünyanın ən güclü, gözəgörünməz varlığı Allahdır, Allahdan güclü varlıq yoxdur.
“Ona görə hesab edirəm ki, Amerika ilə amerikalılıq da etmək olar, hələ o tərəfə də keçmək olar. Çünki haqsızlıq heç vaxt yerdə qalmır. Bu gün dünyanın, ayrı-ayrı xalqlarının başına oyun açan o dövlətlər sabah elə bir faciə ilə üzləşə bilərlər ki, onlar birdəfəlik Yer üzündən silinərlər. Yaponiyada fəlakətlərə yol açan sunami məsələsinə baxaq, bu məsələlərdən heç olmazsa ibrət dərsi götürmək lazımdır” deyə sonda Tahir Rzayev əlavə edib.

APA-nın baş redaktoru Vüsalə Mahirqızı hesab edir ki, indi  müstəqil dövlətlər, müstəqil dünya düzənidir və hər bir ölkə özbaşına müstəqil Amerikadır.
“Hər bir ölkənin özünün sərhədləri, qayda-qanunları, konstitusiyası, çərçivələri var. Belə bir səviyyədə mənə elə gəlir ki, əməkdaşlıqlar qarşılıqlı münasibətlərə, hörmətə əsaslanmalı və tərəfdaşlıqlar qarşılıqlı olmalıdır. Yəni burda onun Amerika, yaxud Sovet İttifaqı və ya başqa dövlət olması nəzərə çarpmır. Normal hüquqi prosedur qaydalara baxanda əlbəttə ki, indi istənilən dövlət özünü müstəqil hesab edir və özünə hörmət edən dövlət Amerika ilə amerikalılıq edə bilər”.

Yazıçı Əkbər Qoşalı deyir ki, Amerika ilə amerikalılıq etmək barədəki fikrin formalaşması Amerikanın superdövlət olmasından irəli gəlir. O qeyd edib ki, tarix boyu super güclər, dövlətlər olub və onların bir çoxu elə tarixdə də qalıb.
“Təsəvvür edin ki, böyük imperiyalar, ərazisində milyonlarla əhali, çoxsaylı etnik qruplar yaşayan bir çox dövlətlər, xüsusən bizim regionda mövcud olmuş dövlətlər bu gün tarixin sarı səhifələrindən boylanır. Ona görə demək olmaz ki, bu gün fövqəlgücə malik ölkə elə həmişə belə qalacaq. Bəlkə Amerika elə 21-ci əsrdə tarixə qovaşacaq. Bunu dövlətlərarası münasibətlər, yerüstü hadisələr ilə yox, bütövlükdə Allahın qoyduğu nizamla izah etmək olar”.
Vaxtilə mövcud olmuş imperiyalardan, güclü dövlətlərdən bu gün heç birinin qalmadığını misal gətirən yazıçı hesab edir ki, bir neçə dövlətin birliyi ABŞ-a qarşı çıxsa da, çıxmasa da, dünyada baş verən hadisələrin gedişatı və Allahın qoyduğu nizam onu da nə zamansa haqq etdiyi yerə aparıb çıxaracaq.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı