Modern.az

Müxalifətin aksiyasının Kəlbəcərin işğal gününə salınması təsadüfdür, yoxsa...?

Müxalifətin aksiyasının Kəlbəcərin işğal gününə salınması təsadüfdür, yoxsa...?

Ölkə

31 Mart 2011, 11:08

“Aprelin 2-də müxalifətin keçirəcəyi aksiyasının Kəlbəcərin işğalı günü ilə üst-üstə düşməsi ilə bağlı məsələni bir-biri ilə bağlamaq tamamıilə yersizdir. 2 aprel sadəcə olaraq şənbə günüdür və kütləvi aksiyanın keçirilməsi üçün Novruz bayramından sonra uyğun olan bir gün kimi həmin gün seçilib”. Bu barədə Modern.az-a Müsavat icra aparatının rəhbəri Arif Hacılı bununla bağlı səsləndirilən fikirkəri şərh edərkən vurğulayıb.

Onun sözlərinə görə, Kəlbəcərin işğal günü Azərbaycan tarixinin ən ağrlılı tarixidir və bu məsələdən siyasi dividentlər götürmək barədə cəhdlər yolverilməzdir.

İctimai Palatanın mitinqi ilə bağlı danışan A. Hacılı bildiirb ki,  Bakı şəhər İcra Hakimiyyəti hələ də onlara rəsmi cavab verməyib. “Bizim müraciətimizə cavab verilməyib. Son müddət dünən axşam saat 18-də tamam oldu. BŞİH növbəti dəfə qanunu pozur. Onlar bu gün birinci yarısında məktubumuza cavab verəcəklərini bildirsələrdə hələləik bir məlumat yoxdur”-deyə Müsavat rəsmisi bildirib.

Arif Hacılı mitinqə kifayət qədər ciddi hazırlıqlar getdiyini vurğualyıb.

Müsavat partiyasının rəyi belədir ki, 2 aprel mitinqində partiyanın nümayəndələrinin iştirakı 12 mart mitinqində olduğundan təxminən 3 dəfə çox olacaq. Nəzərə alsaq ki, bu mitinqdə Müsavat partiyasından başqa partiyalar-AXCP, AMİP, KXCP və eləcə də İctimai Palataya daxil olan ictimai birliklər iştirak edəcəklər. Belə bir nəticəyə gəlməyə əsas var ki, bu mitinq minlərlə adamın iştirakı ilə olacaq”-deyə icra aparatının rəhbəri deyib. .

Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi Zaur Ramazanov Modern.az-a açıqlamasında deyib ki, bu gün müxalifətə cavab göndəriləcək. “Yəqin ki, günortadan sonra müraciət cavablandıracağıq”-deyə o vurğulayıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı