Modern.az

Hacıbala Abutalıbov müxalifəti sürücülərin məktəbinə göndərdi

Hacıbala Abutalıbov müxalifəti sürücülərin məktəbinə göndərdi

Ölkə

31 Mart 2011, 14:02

Mitinq keçirmək üçün yer kimi bu məktəbin həyəti göstərilib

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin mitinq müraciətinə cavab verib. Bu barədə Modern.az-a Müsavat Pariyasının icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, Bakı meriyasından aldıqları cavabda İctimai Palatanın mitinq keçirməsi üçün Bayıl qəsəbəsində 20-ci sahə ərazisində yerləşən sürücülük məktəbinin həyəti məsləhət görülüb.

“Biz bununla razı deyilik. Mitinqimizi aprelin 2-də saat 14-də Fəvvarələr bağında keçirəcəyik. Aksiyanı keçirməkdə bizə heç kim mane ola bilməz”-deyə A. Hacılı vurğulayıb.

Xatırladaq ki, İctimai Palata mitinq üçün Nərimanov kinoteatrının qarşısını istəmişdi.

Daxili İşlər Nazirliyi isə həmişə bildirib ki, icazəsiz aksiyaların qarşısı alınacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...