Modern.az

Polis Fəvvarələr meydanını bağlamağa hazırlaşır

Polis Fəvvarələr meydanını bağlamağa hazırlaşır

Ölkə

1 Aprel 2011, 12:38

Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi bu gün “Torqovı” adlanan küçədə əməliyyata başlayıb

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəhbərliyi bu günwn birinci paytaxtın mərkəzi sayılan və “Torqovı” adlanan küçədə, Fəvvarələr meydanında əməliyyata başlayıb. “MakDonalds” kafesinin yaxınlığında ölçü-biçi aparan BŞBPİ zabitlərinin bu hərəkətinin müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palatanın sabah Fəvvarələr meydanında keçirəcəyi mitinqlə bağlı olduğu heç kəsdə şübhə doğurmur.

Əməliyyat qrupuna BŞBPİ-nin rəis müavini, son 15 ildə əsas xidməti fəaliyyəti mitinq və yürüşləri dağıtmaq olan general Yaşar Əliyev başçılıq edib. Ərazidən keçən vətəndaşların verdiyi məlumata görə, Yaşar Əliyev və zabitlər əllərində metr və xəritə meydanın ətrafını ölçüblər, 30-40 metrdən bir işarələr qoyublar. Onların burada anti-mitinq əməliyyata hazırladığı bəlli olub.

Ancaq əməliyyatın “MakDonalds” kafesinin yaxınlığında aparılması ətrafdakıları şübhələndirib. Belə bir güman var ki, hakimiyyətin əməliyyatları bu kafeyə zərər yetirəcək və suç “radikal islamçılar”ın üstünə atılacaq, İctimai Palatanın aksiyası beynəlxalq ictimaiyyətə dini qüvvələrin dünyəvi quruluşu dəyişmək niyyəti kimi təqdim ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı