Modern.az

Aygün Kazımova qalmaqallı video ilə bağlı mətbuat konfransı keçirəcək

Aygün Kazımova qalmaqallı video ilə bağlı mətbuat konfransı keçirəcək

Ölkə

1 Aprel 2011, 14:59

Azərbaycanın xalq artisti, populyar estrada müğənnisi Aygün Kazımova aprelin 4-də mətbuat konfransı keçirəcək. Jurnalistlərlə görüşündə xalq artisti son günlər qızı İlqarə İbrahimova ilə bağlı yaşanan qalmaqala aydınlıq gətirmək və özünün bu barədə fikirlərini çatdırmaq niyyətindədir.

A. Kazımova ANS-ə açıqlamasında bildirib ki, İlqarə depressiyadadır və o, bir ana kimi qızının durumundan çox narahatdır. Aygün Kazımova bu hadisəni törədənlərin cəmiyyətin qınağına məruz qalmalarını istəyir: "Onlar öz evlərindən, öz həyətlərindən qəhrəman kimi çıxmamalıdırlar. Özlərini cəmiyyətdə qəhrəman kimi hiss etməməlidirlər.

“Mənim qızım depressiya vəziyyətindədir. Mən qızımın yanındayam. Analar bu cür vicdansız adamların qurbanı olmamaları üçün övladlarını tək buraxmasınlar!" –deyən Aygün Kazımova bu lenti yayanların cəzalandırıması üçün hüqüq-mühafizə orqanlarına müracət edib. O bildirir ki, ona və qızının imicinə zərbə vurmaq istəyənlərin cəzalandırılmasına çalışacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı