
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Parlament Jurnalistləri Birliyi ilə Kəlbəcərin işğalı günündə 2 apreldə tədbir keçirib.
Modern.az-ın məlumatına görə, Kəlbəcərdən olan bir qrup məcburi köçkün uşağın müraciəti əsasında onların Yaponiya səfirliyinə gəlməsi təmin edilib. Məhz Kəlbəcərin işğal günüdə həmin rayondan olan uşaqlar Yaponiyada baş vermiş təbii fəlakət nəticəsində öz ölkələrində faciə yaşayan yapon həmyaşıdlarına dəstək olublar.
Tədbirin əsas məqsədi barədə səfirə məlumat verən ARGTMŞ sədri Fuad Muradov bildirib ki, 19 ildi Kəlbəcərdən olan insanlar köçkün həyatı yaşıyırlar. Azərbaycan dövləti çalışır ki, onlara masksimum şərait yaratsın. F.Muradov onu da qeyd edib ki, Yaponiya dövləti də öz növbəsində həmin qaçqınlar, məcburi köçkünlər özlərini öz evlərindəki kimi hiss etməsi üçün çox çalışır.
“Bu uşaqlar da faciə ilə üzləşiblər. Odur ki, bu gün Yaponiyada olan həmyaşıdlarına dəstək vermək üçün bura gəliblər. Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşən bu uşaqlar faciə nəticəsində zərər çəkən yaponiyalı uşaqların dərdinə şərik olurlar”.
Yaponiyanın Azərbaycandakı səfiri Suşuke Vatanabe qeyd edib ki, belə bir gündə bu uşaqların Yaponiyada baş verən təbii fəlakət nəticəsində həlak olan həmyaşıdlarına dəstək olmasını yüksək qiymətləndirir.
“Mən bu gün Azərbaycan xalqının səmimi qəlbini daha dərindən hiss etdim. Yaponiya hal-hazırda çox ağır günlər keçirir. Yaponiyada təbii fəlakət baş verən günlər ərəfələrində Azərbaycan Prezidenti İlham Əliyev bizim imperatorumuza başsağlığı məktubu göndərib və həmçinin qısa müddət ərzində bir milyon dollar miqdarında iyanədə bağışlayıb. Həm Azərbaycan höküməti tərəfindən, həmçinin bu gün uşaqların məktubu və yığdıqları pul məni çox təsirləndirdi. Mən bu pulu mütləq yaponiyaya göndərəcəm. Yaponiyada belə bir atalar sözü var. Əsil dost dar gündə tanaınar. Azərbaycan da Yaponiyanın bu dar günündə öz dost, yardım əlini uzatdı”.
Qeyd edək ki, məktəblilər yapon həmyaşıdlarına yazdıqları məktublarını və onlara dövlət tərəfindən verilən 1 aylıq müavinətlərini (çörək pullarını) Yaponiyada yaşayan uşaqlara çatdırmaq üçün səfirə təqdim ediblər.
Tədbirdə uşaqlar Yaponiyablarını və dakı təbii fəlakətdən dəhşətə gəldiklərini deyiblər. Onlar bu hadisəni televiziyadan seyr edən zaman Kəlbəcərin işğalını valideyinlərinin yaddaşı ilə xatırladıqlarını bildiriblər.
Səfir həmçinin köçkün uşaqların məktublarını və yığdıqları vəsaiti Yaponiyaya çadıracağını deyib.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|