Modern.az

Şantaj, yoxsa həyasızlığın “pik”i ?

Şantaj, yoxsa həyasızlığın “pik”i ?

Ölkə

4 Aprel 2011, 18:35

Ermənilər Xankəndindəki aeroportdan beynəlxalq uçuşlar həyata keçirmək iddasından əl çəkmək istəmirlər. Düzdü, onların bu iddalarına nə qədər nail olacaqları bəlli deyil. Çox güman ki, bu qarşıdakı hadisələrin gedişatından daha çox asılı olacaq. Görünən odur ki, Ermənistan prezidenti ənənəsinə və milli xislətinə uyğun olaraq, bu dəfə də, həyasızlıq nümayiş etdirmək fikrindən vaz keçməyəcək. O, bir türk düşməni, əli uşaq qanına batmış qatil erməni kimi bundan Azərbaycana qarşı ən azı bir şantaj vasitəsi kimi yararlanmaq istəyini “Xankəndinə uçan təyyarənin ilk sərnişini mən olacam”- deməklə ortaya qoyub. Bu üzdən də  indi bu məsələnin hansı sonluqla bitəcəyi hamının diqqətindədir. Hər kəsin cavab axtardığı bir sual var.

Azərbaycan Xankəndinə uçacaq təyyarəni vuracaqmı?

Hamı indi bu suala cavab axtarsa da, əslində bundan əvvəl başqa bir suala cabab gəlməlidir. Ermənilər bu uçuşu həyata keçirə biləcəklərmi və keçirsələr, bunu beynəlxaq birlik hansı riyakarlıqla siyasi don geyindirəcək?

 Əslində ilk baxışda sual bir qədər sadəlövh görünə bilər. Ən azından ona görə ki, beynəlxalq birliyin də, onun başbilənlərinin də ermənilərin bu vaxta qədər gördükləri bütün işlərin, əməllərin qara olmasına rəğmən, onu  “ağ” görmək praktikası var.

Amma bu dəfə bir qədər fərqli mənzərə yaranıb. Artıq bu məsələ ermənilərin Dağlıq Qarabağı işğal etməsi, orada həyat əlaməti olan hər nə varsa - onu dağıtması, talaması, çalıb - çatması deyil. Ermənilərin Xankəndi aeroportunu işə salaraq oradan mülki üçüşlar həyata keçirmək istəyi işğal etdikləri torpaqlarımızın səmasınma da iddia etmələri, hava məkanımızın bu hissısini də işğal etmək istəyi deməkdir.    

Odur ki, indi bu məsələnin necə həll olması Azərbaycanın yeridəcəyi siyasətdən daha çox asılı görünür. Amma burda “hər şey Azərbaycandan asılıdır” – fikrinin alternativi olan “heç də hər şeyu Azərbaycandan asılı deyil” – fikri də öz qüvvəsində qalır. Ən azından ona görə ki, bu məsələnin arxasında Azərbaycanı təxribata çəkmək məqsədinin olduğunu Sarkisyan öz dili ilə ortaya qoyub.

 Bu məsələdə nə Beynəlxaq Mülki Aviasiya Təşkilatının, nə də digər təşkilatların erməniləri sığortalaması üçün arqumentləri yoxdur. Çünki elə onların da addımbaşı istinad etdikləri beynəlxaq hüquqa görə  Ermənistana məxsus təyyarənin işğal olunmuş Azərbaycan ərazisi üzərində uçuşu bir dövlətin başqa dövlətin hava sərhəddini pozması deməkdir və sərhəddi pozulan istənilən ölkənin həmin təyyarəni vurması da normal sayılır. Dünyada belə bir praktikaya dəfələrlə rast gəlinib.  

Amma az qala uyurmi ildir ki, beynəlxaq aləm nə özünə, nə də beynəlxalq birliyin adının hüquqi ifadəsinə çevrilmiş bu normalara əməl etmir. Etmək istəmir və etməyəcək də. Çünki məsələlər tək bizə deyil, hansısa türk, müsəlman ölkəsinə çatanda bu normalar da öz qüvvəsini itirir. İyurmi ildir ki, bizə “işğal olunmuş  ərazilərinizi ermənilərə verin, problemi həll edək” siyasətini sırımağa çalışan beynəlxaq aləm indi də Azərbaycanın Xankəndi aeroportuna uçaçaq təyyarənin vurulacağına dair bəyanatından  əl-ayağa düşərək “Qoyun, etrmənilər başınızın üzərindən sakitcə uçsun”- düşüncəsini zorla bizə sırımağa çalışırlar.

Hələlik mayın 9-na bir qədər vaxt var. Bu vaxta qədər ermənilər ola bilsin ki, bizim əsəblərimizi bir az da tarıma çəkmək üçün bir qədər də irəli getsinlər. Məsələn, Xankəndi-Moskva, Xankəndi-Paris  reyslərini açdıqlarını elan etsinlər. Hətta bundan artıq, bizim ağlımıza gətirmədiyimiz həyasəzlıq nümünələri ortaya qoya bilərlər. Ancaq bu məsələdə Azərbaycanın son qərarı həlledici olacaq. Hava sərhəddimizi pozan təyyarınin içində kimin olmasından asılı olmayaraq. Çünki bu artıq erməni həyasızlığının “piki”dir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ