Modern.az

Səlim Müslümov şöbə müdirlərinə tapşırıq verdi: "Vətəndaşların şikayətlərinə qısa müddətdə baxılmalıdır"

Səlim Müslümov şöbə müdirlərinə tapşırıq verdi: "Vətəndaşların şikayətlərinə qısa müddətdə baxılmalıdır"

Ölkə

23 İyun 2011, 14:13

Preziden cənab İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin olunmasını nəzərdə tutan əlavə və dəyişiklikləri təsdiq edib.  Qanundan irəli gələn vəzifələrin bölgələrdə vaxtında həyata keçirilməsi, bu sahədə şəffaflıqın tam təmin olunması, əhalinin müraciətlərinin operativ şəkildə cavablandırılmasını təşkil etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) regional müşavirələrin keçirilməsinə start verib. İlk belə müşavirə Ağdam rayonunda keçirilib.
Modern.az Fondun İctimaiyyətlə əlaqələr sektoruna istinadən bildirir ki, müşavirədə DSMF sədri Səlim Müslümov, Fondun digər rəhbər şəxsləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Fondun Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Laçın, Yevlax və Xocavənd rayon şöbələrinin  əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən köklü islahatlar nəticəsində vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksəlməkdədir. Əmək pensiyaçılarının sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq, bu istiqamətdə mühüm addımlar atılmaqdadır: “Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əmək pensiyaçılarının sosial müdafiəsinə dəyərli töhfələr vermişdir. Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi ötən 6 ildə Azərbaycan Respublikası Prezidenti  yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması üçün 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam vermişdir. 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin olunmasını nəzərdə tutan növbəti islahat tədbiri də əmək pensiyaçılarının maddi təminatının yaxşılaşdırılmasına xidmət edir. Vurğulamaq yerinə düşər ki, pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyası hələ də problem olaraq qalmaqdadır. Bu baxımdan cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunə olacaqdır”.     

DSMF sədri bildirib ki, pensiya artımlarınınm əhaliyə çatdırılmasını vaxtında təmin etmək üçün Fond tərəfindən hazırlıq tədbirləri həyata keçirilir. Yenidən hesablama 01.01.2010-cu ilədək mövcud olan bütün pensiya işlərinin hər birinə yenidən baxılmasını tələb edir ki,  bu da Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malikdir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu  işin icrasına böyük təkan verəcək.

S.Müslümov vurğulayıb ki, artıq pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb və komissiyanın gərgin əməyi sayəsində qısa müddət ərzində Bakının rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb. Hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi həyata keçirilməkdədir. Burada əsas məqsəd DSMF-nin avtomatlaşdırılmış bazasında pensiyaçılar haqqında olan məlumatlarların kağız daşıyıcılarında (mərkəzləşdirilmiş arxivdəki pensiya işlərilə) olan məlumatlarla tutuşdurulmasıdır.
S.Müslümov şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması barədə ciddi tapşırıqlar verib. O bildirib ki,  hər bir şöbə üzrə vətəndaşların ərizə və şikayətlərinə ən qısa müddətdə baxılmalı, ərizələr diqqətlə araşdırılmalı, şöbələrin rəhbərliyi tərəfindən vətəndaşlar məhdudiyyətsiz qəbul olunmalı və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsi təmin olunmalıdır. Fond sədri belə müşavirələrin digər bölgələrdə də keçiriləcəyini nəzərə çatdırıb.

Müşavirədə digər çıxışlardan sonra əhalinin nəzərdə tutulan artımlarla bağlı yerlərdə məlumatlandırılması, mümkün narahatlıqların vaxtında qarşısının alınması üçün əhali ilə işin daha da gücləndirilməsi barədə müvafiq qərarlar qəbul edilib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı