Modern.az

İtaliya Azərbaycana investisiya yatırmağa maraqlıdır

İtaliya Azərbaycana investisiya yatırmağa maraqlıdır

Ölkə

Bu gün, 14:19

İtaliya Azərbaycanla iqtisadi və ticarət əlaqələrini genişləndirmək, ölkəmizdə müxtəlif sektorlara investisiya yatırmaqda maraqlıdır.

Modern.az xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani Azərbaycanla əməkdaşlıqdan danışarkən bildirib.

O qeyd edib ki, Azərbaycan İtaliya üçün ixrac bazarlarının şaxələndirilməsi baxımından əhəmiyyətli ölkələrdən biridir. Bu səbəbdən İtaliya Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığın inkişafına xüsusi önəm verir.

Nazir Bakıda keçirilən biznes forumunun İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərmək və investisiya imkanlarını genişləndirmək marağını nümayiş etdirdiyini bildirib.

Tayani enerji, sənaye, dizayn, mebel istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivlərini vurğulayaraq, Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər