Modern.az

Yanvar ayı üzrə hərbi xidmətə çağırış elan edilib

Yanvar ayı üzrə hərbi xidmətə çağırış elan edilib

Ölkə

Bu gün, 15:34

Prezident İlham Əliyev vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması və xidmət müddətini başa vuran hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, çağırış 2027-ci il yanvarın 1-dən 30-dək keçiriləcək.

Sərəncama əsasən, 2009-cu ildə doğulan və çağırış günü də daxil olmaqla həmin tarixədək 18 yaşı tamam olan, habelə 1997–2008-ci illərdə doğulan və yaşı 30-dək olan Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılacaqlar. Çağırış müddətli həqiqi hərbi xidmət keçməmiş, möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş vətəndaşlara şamil olunur.

Qanunla müəyyən edilmiş xidmət müddətini başa vuran hərbi qulluqçular da yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Nazirlər Kabinetinə sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulan tədbirləri görmək tapşırılıb.

Sizə yeni x var
Keçid et
İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı