Qurbanqulu (Türkmənistanın dövlət başçısı) kimi(lər)sindən nə desən gözləmək olar. O və onun ağılda, zehniyyətdə olanlar yeri gəlsə, Türkləri və Türkiyəni də söyər, hətta, üstəlik oz xalq(larını)ını-qədim və təmiz türk soyu olan türkmənləri də. Belələrinə Türkləri və Türkiyəni təhqir etmək, söymək, aşağılamaq üçün hansısa uğurlu və ya uğursuz, qüsurlu,yaxud, qüsursuz layihə sadəcə, bir bəhanədir. Təki içlərindəki kini-küdurəti, nifrəti qussunlar. Onun kimilər Türkə, Türklüyə, Türkiyəyə, Türk Dünyasına qarşı bilərəkdən və planlı şəkildə nifrət üzərində kökləndirilmiş, bəsləndirilmiş zatıqırıq rus zehniyyətlilərdir. Onlar ruslara-Rusiyaya xoş gəlsin deyə, Türklərə-Türkiyəyə qarşı hər zaman gözüyumulu hər nəyə desən gedər və getməyə də beş əlli hazırdırlar. Nədi-nədi “böyük (əslində bicbala) qardaşları”ndan bir “molodes” alsınlar...
Qeyd edim ki, belələri-marıqda yatırmış kimi hər an Türklərin və Türkiyənin üzərinə atılmaq, cummaq üçün növbə gözləyənlər bizlərdə də az deyil. Onlar hər an məqam, fürsət gözləyirlər ki, Rusiyada- Kremldə oturan “başsız başbilənləri”nin könlünü oxşamaq üçün Türklərə və Türkiyəyə qarşı ağlagəlməz ittihamlar, təhqirlər, nifrinlər yağdırsınlar. Qurbanqulu kimilər də belələrinin ən öndə gedənlərindəndir. Amma qədim bir atalar məsəlində deyildiyi kimi, örkən nə qədər uzun olsa da, dönüb-dolaşıb döqanaqdan (Türkdən və Türkiyədən) keçər. Necə ki, uzun illər Qərb və Rus ( Çar, Sovet və ya indiki dövrün Rusiyası olmasının heç bir fərqi yoxdur) imperiyasının əlində Türklərə-Türkiyəyə qarşı kart kimi istifadə edilən, kullanılan ərəblər-ərəb dövlətləri başları əhlət daşına (görəsən, neçənci dəfə?) dəyəndən sonra öz varlıqlarını, mövcudiyyətlərini, olub-qalanlarını qorumaq üçün indi Türklərə-Türkiyəyə əl açır, pənah gətirir, yalnız Türkləri və Türkiyəni özləri üçün əsl xilas, nicat yolu kimi görürlər. Öz milli-dövləti varlıqlarının gələcəyini yalnız Türkiyə modelində görür və bunu da artıq heç kimdən-heç nədən çəkinmədən açıq-aşkar bəyan edirlər. Başqa cür də ola bilməz! Necə deyərlər, alma məzlumun (Türkün və Türkiyənin) haqqın, çıxar ahəstə-ahəstə!
Odur ki, Qurbanqulu kimi rus zehniyyətlilər də olmayan papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər və ağıllı qərar versinlər. Hərcənd onlarda ağıllı qərar qəbul etmək və vermək üçün kafa da yoxdur. Amma neyləmək olar, hələ nə qədər gec deyil (tövbə qapısı hər gün açıqdır), özlərində olmasa da, başqalarının- ağıllı və arif insanların köməyi, yardımı ilə ömürlərində heç olmasa, bircə dəfə düzgün qərar versin, düzgün seçim etsinlər. Yoxsa, sonrası gec olar, ... demədi, deməsinlər!