Son günlər gündəmi zəbt edən problemlərdən biri də sürüşmə zonlararının aktivləşməsidir. Pytaxtda son bir neçə ildə aparılan pərakəndə tikinti bumu, yaşıllıq zolağının azalması əhalinin narahatlığına səbəb olub. Hətta vəziyyət o həddə çatıb ki, Bakının çökəcəyi barədə şayiələr də gəzir.
Modern.az məsələyə aydınlıq gətirməyə çalışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin sözlərinə görə aparılan araşdırmalara əsasən, aprel ayında da sürüşmələr davam edəcək. Onun sözlərinə görə, hələki, ən güclü aktivləşmə Şamaxınınn Muğanlı kəndindədir. Bakı ərazisində isə Əhmədli, Qaraçuxur, Zığ, Günəşli-Əhmədli arası sahə, Nərimanov heykəlinin ətrafındakı park sahəsi, Bayıl və Binəqədi sürüşmə təhlükəsi olan zonalardır:
“Sürüşmələrin aktivləşməsi təbii hadisədir. Respublikanın bəzi sürüşmə zonalarında nisbi aktivləşmə bəzilərində isə güclü aktivləşmə müşahidə olunur. Ayın əvvəllərində paytaxt ərazəsində 2 sürüşmə zonasında aktivləşmə oldu- Əhmədli 1, general Şıxlınski və Gəncə prospekləri arasındakı yaşayış massıvində. Hələki vəziyyət stabildir. Qarauxur, Masazır tərəfdə də sürüşmə aktivliyi var. Sürüşmə sahələrinin aktivləşməsinə səbəb kimi bu il güclü qar və yağışların yağmasıdır. Bu da dəfələrlə sürüşmə olan ərazilərin yenidən aktivləşməsinə səbəb oldu. Əsasən sürüşmələr aprel ayından başlayır. Amma aktivlik mart ayında başladı. Apalılan araşdırmalar zamanı məlum oldu ki, sürüşmənin aktivləşdiyi ərazilərdə təbii amillərlə yanaşı, xarici amillərdə böyük rol oynayır”.
Bakının çökəcəyi barədə şayiələrə aydınlıq gətirən nazirlik rəsmisi bunu ancaq söz-söhbət adlandırdı: “Təcrübəyə əsaslansaq, regional miqyasda çökmə verə biləcək belə bir proses yoxdur. Ayrı- ayrı ərazilərdə sürüşmə, çökmə prosesinin aktivləşməsi bütün Bakı ərazisinin çökməsinin qlobal hal alacağına dəlalət edə bilməz”.
Milli Ekokji Proqnozlaşdırma Mərkəzinin direktoru Telman Zeynalov sürüşmələrin aktivləşməsini yağıntıların illik normadan artıq düşməsi ilə əlaqələndirir: “Son bir ildə üç minə qədər zəlzələ təkanları baş verib ki, bu da sürüşmələrə səbəb olub. Şəhərlərdə sürüşmələrin aktivləşməsi tikinti bumu ilə əlaqədardır. Düzgün olmayan yerlərdə yeni binaların tikilməsi, əksər hallar da isə bu tikililərin kanalizasiya sistemlərinin olmaması da buna səbəbdir. Oradan axıdılan sular lil qatını şişirdir, aşağıdakı qatlar ağırlaşdığından sürüşmə baş verir. Bakının çökməsi isə təbii ki, şayiədir”.
Gültəkin Ələsgər