Modern.az

ABŞ-dan bu ölkələrə “dollar” xəbərdarlığı

ABŞ-dan bu ölkələrə “dollar” xəbərdarlığı

Dünya

25 Avqust 2026, 13:22

ABŞ Maliyyə naziri Skott Bessent ölkələri İranla bütün maliyyə əlaqələrini kəsməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Bessent bildirib ki, İranla maliyyə əlaqələrini davam etdirən ölkələr ABŞ-ın dollar əsaslı maliyyə sistemindən kənarda qalmaq riski ilə üzləşə bilər:

"Prezident Donald Tramp dünyanın müxtəlif ölkələrinin liderləri ilə telefon danışıqları aparır. Eyni zamanda, ABŞ-ın müdafiə, maliyyə və xarici işlər nazirliklərinin nümayəndələri də öz həmkarları ilə əlaqə saxlayaraq İranla maliyyə və iqtisadi əlaqələrin dayandırılmasını tələb edirlər. Əks halda onlar ABŞ-ın dollar sistemindən kənarda qalmaq riski ilə üzləşirlər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!