Modern.az

Üç ölkə Hörmüz boğazında gizli əməliyyat KEÇİRİB

Üç ölkə Hörmüz boğazında gizli əməliyyat KEÇİRİB

Dünya

25 Avqust 2026, 13:14

Fransa, Böyük Britaniya və ABŞ hərbçiləri Oman ərazi sularında, Hörmüz boğazında gizli mina təmizləmə əməliyyatı keçirib.

Modern.az xəbər verir ki, bu barədə “Intelligence Online” məlumat yayıb.

Məlumata görə, əməliyyat 2026-cı ilin avqust ayının əvvəlində, ABŞ və İran arasında 60 günlük atəşkəsin başa çatmasına az müddət qalmış həyata keçirilib. Sözügedən atəşkəs avqustun 17-də başa çatıb.

Bildirilir ki, Oman Qərb müttəfiqlərinə müraciət edərək ölkənin ərazi sularında yerləşdirilmiş sualtı minaların təmizlənməsinə kömək istəyib. “Intelligence Online”ın məlumatına əsasən, söhbət İran tərəfindən yerləşdirildiyi bildirilən minalardan gedir.

Əməliyyatın məhz atəşkəsin başa çatmasından əvvəl keçirilməsi diqqət çəkir. Məlumata görə, Fransa, Böyük Britaniya və ABŞ-ın iştirakı ilə həyata keçirilən mina təmizləmə missiyası Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin olunması məqsədi daşıyıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...