Modern.az

Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı

Azərbaycanda koronavirusa 63 yeni yoluxma qeydə alındı

Ölkə

5 Aprel 2020, 15:20

Azərbaycan Respublikasında 63 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb. 5 nəfər dünyasını dəyişib. 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır