Modern.az

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad olundu

Ölkə

Bu gün, 16:58

Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanov vəzifəsindən azad olunub.

Modern.az APA-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov bununla bağlı əmr imzalayıb.

Hələlik həmin vəzifəyə təyinat yoxdur.

İdarənin rəis müavinləri Məlahət Famil qızı Gözəlova və Rasim Rəşid oğlu Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər.

Qeyd edək ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!