Modern.az

Göyçə mahalının bir kəndinin sakinlərindən Kəlbəcərə köçmək üçün MÜRACİƏT

Göyçə mahalının bir kəndinin sakinlərindən Kəlbəcərə köçmək üçün MÜRACİƏT

Ölkə

30 Yanvar 2021, 00:11

Göyçənin Zərkənd kəndinin sakinləri Modern.az redaksiyasına məktub yollayıblar. Onlar məktubda Kəlbəcərə köçmək istədiklərini bildirib, bunun üçün Azərbaycan Prezidentindən icazə istəyiblər.

 

Həmin müraciəti təqdim edirik:

 

"Hörmətli, cənab Prezident, Ali Baş Komandan!

 

Sizin yürütdüyünüz uzaqgörən və uğurlu siyasət nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu və Vətənimiz öz ərazi bütövlüyünə qovuşdu. Sizin rəhbərliyinizlə 2020-ci ildə Azərbaycan tarix yazdı. Bu tarixi qələbə ulu öndər Heydər Əliyev siyasətinin nəticəsidir. Sizin Azərbaycana, xalqımıza sevginizin nümunəsidir.

 

Cənab Müzəffər Ali Baş Komandan!

  

Biz 1988-ci ildə erməni vandalizminə məruz qalan Göyçə mahalından məcburi Azərbaycana qaçqın gəldik. 

Birinci Qarabağ müharibəsində kəndimizdən 120-dən çox döyüşçü iştirak edib, 5 şəhid vermişik, onlarla qazimiz olub.

 

İkinci Qarabağ müharibəsində 60-dan çox könüllümüz iştirak edib və kəndimizdən 3 şəhid var.

 

1988-ci ildə biz öz qədim yurdumuz Göyçədən qovulanda kəndimizdə 360 ev (təsərrüfat) var idi, indi onların sayı 1000-i keçib.

 

Sizdən bir ricamız var: Azərbaycanın bütün rayonlarına səpəlnmiş bizlərə işğaldan azad edilmiş Kəlbəcərdə yaşamaq üçün icazə verin. Kəlbəcər Göyçə ilə həmsərhəddir və biz orada yaşamağı çox istəyirik.

 

Əvvəlcədən dərin minnətdarlığımızı çatdırırıq".

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi