Modern.az

Bələdiyyələrdə 18 milyon manatlıq yeyinti

Bələdiyyələrdə 18 milyon manatlıq yeyinti

Ölkə

8 Fevral 2010, 18:15

Sabah Milli Məclisin Regional məsələlər komitəsində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 2009-cu ildə bələdiyyələrin fəaliyəti ilə bağlı hazırladığı hesabat müzakirə olunacaq. Modern.az saytı hesabatdan maraqlı məqamlar əldə edə bilib. Belə ki, sabah müzakirə ediləcək sənəddə bələdiyyələrin qanunsuz fəaliyyəti nəticəsində 18 milyon manata yaxın vəsaitin mənimsənildiyi gostərilir. Bu vəsaitin 16 milyondan çoxu sırf bələdiyyələrin özlərinə aid olan vəsait, 1 milyondan bir az artığı isə dövlət tərəfindən bələdiyyələrə ayrılan dotasiyalardır.  Qeyd edək ki, qanun pozuntularından daha çox pay Bakının rayonlarındakı bələdiyyələrin payına düşür. Qanun pozuntuları faktlar daha çox torpaq satışı ilə bağlıdır. Ümumiyyətlə, 28 bələdiyyədə  daha çox qanunsuqluq qeydə alınıb. Əldə etdiyimiz digər məlumata görə, artıq bu məsələ ilə bağlı xeyli sayda bələdiyyə üzvləri saxlanılıb. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?