Modern.az xəbər verir ki, mayın 12-də “Qəbələ” Futbol Klubu özünün yeni icraçı direktoru Alastair Saverimuttonu və yeni baş məşqçisi Toni Adamsı idman ictimaiyyətinə təqdim edib.
“Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərov klubda baş verən digər yeniliklərdən də danışıb.
T.Heydərov bildirib ki, klubun böyuk iddiaları var. “Bu baxımdan da hazırkı layihə komandanın, stadionun, akademiyamızın, icmamızın və bizim işin kommersiya tərəflərinin inkşaf etdirilməsi məsələsində həlledicidir. Alastairin komandaya baş direktor təyin olunması bizim müasir Avropa klubu kimi inkşafımızı surətləndirəcək. “Qəbələ” FK brendi müxtəlif təşkilatlar üçun korporativ əməkdaşlıq, lisenziyalaşma, sponsorluq, pərakəndə satış kimi kommersiya imkanları təklif edəcək.”
“Qəbələ”nin yeni icraçı direktoru Alastair Saverimutto bildiribi ki, məsuliyyətli bir təklifi qəbul etməkdən məmnundur. A.Saverimutto deyib: “Təkcə mən və “Qəbələ” üçün deyil, ümumilikdə Azərbaycan futbolu üçun çox həyəcanlı və məsuliyyətli bir dönəmdir. Mən buranın mədəniyyətini və bizim işimizin ehtiyaclarını ödəmək üçün 9 aydır ki, Azərbaycandayam. Bu təklif mənə güclu infrastruktura, möhkəm və müasir platforma üzərində qurulmuş bir klub yaratmaq üçün unikal şansdır. Bizim qarşımızda duran çətinliklər böyükdür, amma mən əminəm ki, 3-5 illik strateji planımız “Qəbələ”ni əsl Avropa iddialısına çevirəcək”.
”Qəbələ” Futbol Klubunun yeni baş məşqçisi Tony Adams bildirib ki, o, bu cür fantastik bir layihəyə qoşulmağından həddən artıq razıdırvə işə başlamağı düşünür. “Bu imkandan istifadə etmək və klubu ən yüksək beynəlxalq standartlar səviyyəsinə çatdırmaq mənim üçün böyük şərəfdir. Biz hazırda həqiqətən tarix yaradırıq”.
Kulubun rəsmiləri bildiriblər ki, yeni stadion da inşa ediləcək. Stadionun layihəsi “AFL Architects” şirkəti tərəfindən dizayn edilib. Bu şirkət İngiltərə Premyer Liqasının “Çelsi”, “Mançester Yunayted” və “Everton” kimi kulubları üçün təlim-məşq komplekslərinin dizaynı ilə məşğul olub.
Klubun yeni sponsoru olan “Lotto” idman geyimləri şirkəti də idman ictimaiyyətinə təqdim olunub. Kulubun ilk media tərəfdaşı “AZ Magazzine” jurnalı seçilib. Xatırladaq ki, “Qəbələ” Peşəkar FK 1995-ci ilin iyulun 3-də yaradılıb. Kulubun ilk adı “Göygöl” olub. Komanda 1995-ci ildən 2005 –ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci ildə kulubun adı dəyişdirilərək “Gilan” qoyulub. 2006-cı ilin avqust ayında –yüksək liqada debüt ərəfəsində “Gilan” Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adına dəyişdirilib. Hazırda “Qəbələ” Azərbaycan çempionatının nüfüzlu komandalarından birinə çevrilib. Mail Ağaxanov