Modern.az

Sabir Rüstəmxanlı ilk dəfə Dillər Universitetində olub

Sabir Rüstəmxanlı ilk dəfə Dillər Universitetində olub

Ölkə

12 May 2010, 17:37

Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə tələbələrin  görüşü keçirilib. Modern.az xəbər verir ki, əvvəlcə Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən slayd nümayiş etdirilib. Universitetin rektoru, millət vəkili Səməd Seyidov Azərbaycanın ən görkəmli simalarından biri olan Sabir Rüstəmxanlının ilk dəfə olaraq Dillər Universitetinə gəlməsindən məmnunluğunu ifadə edib. Sabir Rüstəmxanlı kimi dəyərli şairin, işıqlı ziyalının universitet tələbələri ilə, gənclərlə görüşünə hər zaman ehtiyac olduğunu vurğulayıb. Öz növbəsində şair-publisist Sabir Rüstəmxanlı ADU-da olmağından məmnunluğunu ifadə edib. Milyonlarla insanın olduğu meydanlarda çıxış etdikdən sonra universitetlərdə, gənclər arasında çıxış etməyin çətinliyini qeyd edib. Ədəbi proseslər, siyasi və ictimai həyatda baş verən hadisələr, insanlarda milli ruhun formalaşmasının vacibliyindən və digər məsələlərdən danışan natiq gənclərə hər zaman mütaliə etməyin vacibliyini qeyd edib.

Görüşdə tələbələr şairin şerlərini səsləndirdilər, ona ictimai-siyasi, yaradıcılıq, ədəbi proseslər və digər məsələlərlə bağlı suallar ünvanlayıblar. S. Rüstəmxanlı tələbələrin çoxsaylı suallarını cavablandırdıqdan sonra şerlərinin bir neçəsini söyləyib. Sonda S. Rüstəmxanlı kitablarını universitetin kitabxanasına və tələbələrə hədiyyə edib, gənclərə avtoqraf verib.  

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı