
2013-cü il oktyabrın 22-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini müəyyən edən sərəncam imzaladı.
Əvvəlki hökumətdə təmsil olunan Müdafiə naziri Səfər Əbiyev də vəzifədən kənarlaşdırıldı. Onu general-leytenant, Daxili Qoşunlara 10 il rəhbərlik etmiş Zakir Həsənov əvəzlədi.
Cəmiyyətin peşəkar zabit kimi qəbul etdiyi yeni nazirdən genişmiqyaslı islahatlar, ordudakı itkilərin azaldılması və döyüş qabiliyyətinin daha da artırılması kimi gözləntiləri var idi. Çünki Zakir Həsənovun bir sıra mühüm şəxsi özəlliklə malikdir.
O, müdafiə nazirləri arasında əsas qoşun növlərinin hər birində xidmət göstərən ilk şəxsdir.
Sovet dönəmində Sibir hərbi dairəsinin Altay hərbi komissarlığında, 1993-cü ildən isə o zamanlar Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan Sərhəd Qoşunlarının baş idarəsində çalışıb.
2003-cü ildən isə böyük karyera sıçrayışı edərək Sərhəd Qoşunlarının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən Daxili Qoşunların komandanına çevrilib. Bununla avtomatik olaraq Zakir Həsənov həm də Daxili İşlər nazirinin müavini vəzifəsinə də sahiblənirb.
General Həsənovun 10 illik fəaliyyəti Daxili Qoşunların möhkəmlənməsi və zəngin maddi-texniki bazaya malik nüfuzlu qoşun növünə çevrilməsi dövrüdür. Onun rəhbərlik etdiyi dövr bu qoşun növündə qeydə alınan itiklər digərlər qoşun növlərindən daha az idi.
Daha çox ictimai asayişin və konstusion hakimiyyətin qorunmasına istiqamətlənən Daxili Qoşunların əsas kontingentini müddətli hərbi çağırışçılarla yanaşı müqavilə əsasında xidmət edən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbçilər təşkil edir.
Daxili Qoşunlardan fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi daha çox şəxsi heyətə və öhdəliklərə malik struktur olduğunu nəzərə aldıqda bu vəzifənin daha məsuliyyətli və çətin olduğunu demək olar.
Müdafiə naziri təyin olunan Zakir Həsənova elə həmin gün prezident tərəfindən general-polkovniuk hərbi rütbəsi verildi.
Onun 6 aylıq fəaliyyət dövründə hərbi təlimlərin daha intensiv şəkildə keçirilməsini, Müdafiə nazirinin cəbhə bölgələrinə davamlı səfərlərini, xarici ölkələrdən silah və hərbi texnika alınmasına daim maraq göstərilməsini müşahidə etmək olar.
2014-cü il aprelin 16-da Müdafiə Nazirliyinin Naxçıvandakı Əlahiddə Ümumqoşun ordusu 2 günlük genişmiqyaslı hərbi təlimləri başladı. 20 minlik şəxsi heyətin və 400-ə qədər zirehli texnikanın, aviasiyanın və artilleriyanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirildi. Bundan bir az öncə, cəbhə xəttinə yaxın ərazilərdə Azərbaycan hərbi aviasiyası müharibə şəraitinə maksimum yaxınlaşdırılmış uçuş və manevlər həyata keçirdi.
Zakir Həsənov bu təlimləri şəxsən müşahidə edirdi. Bundan başqa, yeni Müdafiə naziri təyin olunduğu gündən cəbhə bölgələrindəki müxtəlif hərbi hissələri yoxlayır, Hərbi Dəniz, Hava Hücumundan Müdafiə Qoşunlarının heyəti ilə görüşlər keçirir.
Nazirliyin şəxsi heyətinə təqdim olunduqdan sonra Zakir Həsənov hərtərəfli kadr islahatları keçirməyə başladı. Yeni nazir Səfər Əbiyev kimi Müdafiə Nazirliyindəki vəzifələrində illərlə işləyən yüksək rütbəli zabitlərin bir çoxunu vəzifədən kənarlaşdırdı. Geniş kadr islahatı keçirən nazir Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisini, Müdafiə Nazirliyinin İnspeksiya rəisi, Hərbi Polis İdarəsinin rəisi, Rabitə İdarəsinin rəisi, Arxa Cəbhə İdarəsinin rəisi, Hərbi Nəşriyyatın rəisi, Müdafiə Nazirliyinin Mühafizə Alayının komandirini vəzifələrindən kənarlaşdırdı.
Yeni Müdafiə nazirinin 6 aylıq fəaliyəti həm də onun bir sıra mühüm xarici səfərləri ilə yadda qaldı.
General Zakir Həsənovun 6 ay ərzində hansı ölkələrə səfər etdiyinə xronoloji ardıcıllıqla baxmaq olar.
Noyabrın 20-də Zakir Həsənov Moskvada Müstəqil DövlətlərəBirliyi Müdafiə Nazirlərinin illik iclasında iştirak etmək üçün Azərbaycan Müdafiə naziri kimi ilk xarici səfərini Rusiya Federasiyasına edir. Səfər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüş keçirən Zakir Həsənov Qəbələ RLS-in Azərbaycan təhvil verilmə müddətini müzakirə edir. Bundan başqa, ölkələr arasındakı hərbi sahədə əməkdaşlıq da görüşün əsas müzakirələrindən olur. Regionda Ermənistanın əsas müttəfiqi olan Rusiya Federasiyası bununla paralel Azərbaycasnla da hərbi sahədə geniş əməkdaşlıq edir. Son illər də milyardlarla dollar qarşılığında Azərbaycanın əldə etdiyi hərbi məhsulların əhəmiyyətli hissəsi məhz şimal qonuşumuzun payına düşür. Dağlıq Qarabağ münaqişəsi ətrafında balanslı görünməyə çalışan Rusiya ilə Azərbaycan arasında hərbi münasibətlər son illər də xeyli aktivləşib. Zakir Həsənovun nazir qismində məhz Rusiyaya səfər etməsi hər iki ölkənin hərbi əməkdaşlıqda maraqlı olduğunu göstərir.
Dekabrın 24-də Zakir Həsənovun Türkiyəyə rəsmi səfəri başlayır. İki günlük səfər zamanı Türkiyə Milli Müdafiə naziri İsmət Yılmaz, Baş Qərargah rəisi Necdət Özəl və Türkiyə prezidenti Abdulla Güllə görüşlər keçirilir. Eyni zamanda general-polkovnik Zakir Həsənov Türkiyə Aviasiya Sənayesi və ASELSAN şirkətlərinin hərbi obyektlərinə baş çəkir. Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə son onilliklər ərzində hərbi sahədə yüksək uğurlar qazanıb. Artilleriya, zirehli texnika və aviasiya sahəsində öz brendini yaratmağa çalışan qardaş ölkə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə də ortaq layihələr həyata keçirir. Ermənistanla Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini bitərəfli qaydada dəstəkləyən Türkiyəyə səfər zamanı Zakir Həsənov münasibətlərin daha da dərinləşməsini və yeni əməkdaşlıq perspektivlərini müzakirə edib.
Dekabrın 2-də general-leytenant Zakir Həsənov Cənubi Koreya Respublikasına rəsmi səfərə yola düşdü. Bu ölkədə o, həmkarı Kim Kuan Jinin, Koreya Sialhlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri və Müdafiə Satınalmaları İdarəsinin direktoru ilə təkbətək görüşlər keçirib. Qonşu Şimali Koreya və müəyyən mənada Çin Xalq Respublikasından ehtiyatlanan Cənubi Koreya yükəsk inkişaf etmiş hərbi müdafiə sənayesinə malikdir.
Zakir Həsənovun da bu görüş zamanı Müdafiə Satınalmaları İdarəsinin direktoru ulə görüşməsini ölkəmizin Koreya silahlarına olan marağıı kimi də dəyərləndirmək olar. Xüsusən yüksək dəqiqliyə malik raket sistemləri və artilleriya qurğuları istehsal edən Cənubi Koreya silahlarının yüksək etibarlılığı ilə tanınır.
2014-cü il yanvarın 13-də Zakir Həsənov Fransaya rəsmi səfər etdi. Türkiyədən sonra ikinci NATO ölkəsinə səfər edən Müdafiə naziri Fransa hərbi komandanlığının demək olar ki, bütün əsas simaları ilə görüşlər keçirir. Səfər çərçivəsində yerli Müdafiə naziri Jan-İv Le Drian, Fransa Siahlı Qüvvələri Baş Qərargah rəisi, admiral Eduard Qiyo ilə görüşlər keçirən Zakir Həsənov iki ölkə nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşmaya imza atır. Bundan başqa, azərbaycanlı nazir Fransanın bir sıra müdafiə təyinatlı hərbi məhsullar istehsal edən iri müəssisələrinin rəhbərlikləri ilə görüşlər keçirir. Hərbi sənayesi hərtərəfli şkiəldə inkişaf etmiş Fransanın xüsusən, gəmiqayırma və aviasiya sahəsində böyük təcrübəsi var. Təbii ki, Azərbaycan NATO-nun əsas ölkələrindən olan Fransadan keyfiyyətli və çoxprofilli silahların alınmasına maraq göstərir. Müdafiə nazirinin sənaye obyektlərini ziyarət etməsi bu mənada təsadüfi deyil.
2014-cü il fevarlın 17-18-i aralığında Zakir Həsənov Serbiyada səfərdə oldu. Bu ölkədə Azərbaycan Müdafiə naziri Serbiyanın prezidenti Tomislav Nikoliç, Müdafiə naziri Neboyşa Radiç ilə görüşlər keçirdi. Serbiya və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq barədə müqavilə imzalandı. Zakir Həsənov adəti üzrə Serbiya hərbi sənaye obyektlərində də oldu. Serbiya ilə son illərdə inkişaf edən münasibətlərimiz istər siyasi, istərsə də hərbi sahədə gözə çarpır. Ötən illərdə yayımlanan hesbatlarda Azərbaycanın Serbiyadan artilleriya qurğuları, yüngül atıcı silahlar və qumbaratan vasitələr əldə etdiyi yer alıb. Zakir Həsənəovun Serbiya hərbi sənaye obyektlərini ziyarət etməsi və əməkdaşlıq müqaviləsinin imzlanması yaxın illərdə də bu ölkə ilə silah satışlarına dair müqavilələrin olacağından xəbər verir.
2014-cü il fevralın 26-da Zakir Həsənov NATO-nun Brüsseldəki mənzil qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin əməliyyatlarına töhfə verən qeyri-NATO ölkələrinin Müdafiə naizrlərinin iclasında iştirak etmək üçün Brüssələ yola düşür. Bu Müdafiə nazirinin Azərbaycana yerləşdiyi əlverişli coğrafi mövqeyinə görə, zaman-zaman maraq göstərən NATO qərargahına ilk səfəri idi. Fevralın 27-də baş tutan uclasda Əfqanıstandan beynəlxalq koalsiya qüvvələrinin çıxarılmasından sonra yaranacaq vəziyyət müzakirə olunur. Nəzərə almaq lazımdır ki, 2001-ci ildən Əfqanıstanda Qərb koalisiyasının hərbi əməliyyatlara başladığı zamandan Azərbaycanın hava məkanı regiona əsgər və hərbi təminat vasitələrinin daşınmasında başlıca dəhliz rolunu oynayıb. General-polkovnik Zakir Həsənov Brüsseldə Əfqanıstandan çıxarılacaq NATO kontingentinin hərəkət martşutlarını və digər mühüm məsələlərin müzakirəsində iştirak edib.
Aprelin 14-də Zakir Həsənov İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, generaL-mayor Hüseyn Dehqanın dəvəti ilə İrana səfər edir. Regionun əsas hərbi güc mərkəzlərindən sayılan və hərbi sənayedə müəyyən uğurlar əldə edən İran Dağlıq Qarabağ münaqişəsində daim bitərəf mövqeyini saxlayan ölkə olub. Rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, İran İslam Respublikası Ermənistanla da geniş əməkdaşlıq edir. Zakir Həsənovun bu ölkəyə səfəri zamanı tərəflər qarşılıqlı əməkdaşlığı və regionda təhlükəsizliyin təmin olunması yollarını müzakirə ediblər. Səfər çərçivəsində müdafiə naziri həm də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşlər keçirib. Firuzabadi mətbuata açıqlamasında Azərbaycanın İran silahlarına maraq göstərdiyini vurğulayıb. “Azərbaycan hərbi sahədə ehtiyaclarının bir hissəsini İran müdafiə sənayesi olan məhsullarla təmin edir. Bugünkü görüşlərdə də Azərbaycan ordusu üçün texnika və silahların təmini kimi məsələləri müzakirə etdik”-deyə açıqlama vermişdi. İran Baş Qəragah rəisi Azərbaycanla silah satışı barədə bəzi razılaşmaların da əldə olunduğunu etiraf etdi. Azərbaycanın əsasən hərbi məhsulları Rusiya, Ukrayna, İsrail və Türkiyə kimi ölkələrdən aldığını nəzərə aldıqda iranlı generalın Azərbaycana hansı hərbi təyinatlı məhsullar satdığını yalnız təxmin etmək olar.
Ümumilikdə, Zakir Həsənovun nazir posundakı 6 aylıq fəaliyyətini qənaətbəxş hesab etmək olar.
Yalnız ölkə daxilində deyil, Azərbaycan üçün vacib, Azərbaycanın yerləşdiyi bölgə üçün mühüm əhəmiyyət kəsb edən ölkələrin baş hərbçiləri ilə görüşlər keçirən yeni nazir Milli Ordunun fəaliyyətinə müəyyən canlanma və dinamiklik gətirə bilib.
Bu canlanmanın müharibəyə hesablandığını da söyləmək olar.
Vüqar İSMAYILOV