Modern.az

“Liverpul” Barkolanı transfer etdi

“Liverpul” Barkolanı transfer etdi

İdman

Bu gün, 17:24

“Liverpul” PSJ-nin fransalı hücumçusu Bredli Barkolanın transferini rəsmiləşdirib.

Modern.az klubun yaydığı məlumata görə xəbər verir ki, 23 yaşlı futbolçu tibbi müayinədən keçdikdən və transferin son prosedurlarını tamamladıqdan sonra “Liverpul”un AXA Təlim Mərkəzində uzunmüddətli müqaviləyə imza atıb. Transferin qüvvəyə minməsi üçün beynəlxalq rəsmiləşdirmənin tamamlanması gözlənilir.

Barkola yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Fransalı hücumçu “Liverpul”un rəsmi saytına açıqlamasında transferdən böyük qürur hissi keçirdiyini bildirib:

“Liverpul”da oynamaq mənim üçün böyük qürurdur. Çox xoşbəxtəm. Bu proses uzun çəkdi, amma bu gün “Liverpul”da oynayacağım üçün həqiqətən çox sevinirəm. İstədiyim yeganə şey meydana çıxmaq və oynamaqdır.

Ümid edirəm ki, burada çox böyük uğurlara imza atacağam. İlk növbədə Premyer Liqanı qazanmaq istəyirəm. Bu, həyatımdakı ən böyük arzularımdan biridir.

Bunu bacarmaq və uzun müddət bu komandada qalmaq istəyirəm. Məhz buna görə uzunmüddətli müqavilə imzaladım. Ümid edirəm ki, buna nail olacağam”.

Qeyd edək ki, Barkola 2023-cü ildən PSJ-də çıxış edirdi.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...