Modern.az

Yasamalda işıq olmayacaq

Yasamalda işıq olmayacaq

Ölkə

Bu gün, 22:37

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Vasif Əliyev, Zahid Xəlilov, Zaur Kərimov küçələri, həmçinin Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...