Modern.az

Güləşçimiz finalda məğlub oldu 

Güləşçimiz finalda məğlub oldu 

İdman

Bu gün, 18:55

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Modern.az verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli finalda ermənistanlı Karen Aslanyana 4:8 hesabıyla məğlub olub və dünya çempionatını gümüş medalla başa vurub.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov isə üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Bağdat Sabazla qüvvəsini sınayıb. O, rəqibinə 5:7 hesabı ilə məğlub olub və beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb. İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...