Modern.az

Azərbaycanda 190 mindən çox ailə ilə bağlı statistika açıqlandı

Azərbaycanda 190 mindən çox ailə ilə bağlı statistika açıqlandı

Ölkə

Bu gün, 10:56

Azərbaycanda ailə başçısını itirməyə görə sosial müavinət və ya pensiya alan şəxslərin sayı açıqlanıb.

Modern.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvlərinə aylıq pensiya və ya müavinət ödənilir.

Qeyd olunub ki, bu ödənişləri alan şəxslər istənilən yaş kateqoriyasına aid ola bilərlər.

Nazirliyin məlumatına görə, hazırda ölkədə 190 mindən çox şəxs ailə başçısını itirməyə görə sosial müavinət və ya pensiya alır.

Bildirilib ki, həmin ödənişləri alan şəxslərin regionlar üzrə bölgüsü demək olar ki, bərabərdir.

Qeyd edək ki, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği isə hazırda 140 manat təşkil edir və bu, Prezidentin müvafiq fərmanı ilə təsdiqlənmişdir 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?