Modern.az

Avropa Komissiyasının Prezidenti Azərbaycandadır

Avropa Komissiyasının Prezidenti Azərbaycandadır

Ölkə

1 İyul 2026, 16:46

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Layen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Modern.az xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşıladılar.

1531714

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi