Modern.az

Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı

Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı

Ölkə

4 İyul 2026, 16:43

Moldovanın paytaxtı Kişinyovda yerləşən “Rus Evi” 4 iyul tarixindən etibarən rəsmi olaraq fəaliyyətini dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Rossotrudniçestvo” qurumunun rəhbəri İqor Çayka açıqlayıb.

Qurumun fəaliyyətinin dayandırılması barədə qərar Moldova hökuməti tərəfindən hələ 2025-ci ilin dekabrında qəbul olunmuşdu. Rəsmi Kişinyov bu addımı Rusiyanın ölkədəki təsir imkanlarının məhdudlaşdırılması zərurəti ilə əsaslandırıb.

Xatırladaq ki, Bakıdakı "Rus Evi"nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinə 2025-ci ilin fevral ayında rəsmən xitam verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi