Naxçıvan Muxtar Respublikasında ümumilikdə 162 yaşayış binasında əsaslı təmir işləri aparılacaq.
Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2164 mənzilli 92 yaşayış binası tam əsaslı təmir ediləcək.
Bundan başqa, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3087 mənzilli 70 yaşayış binasının yalnız fasad hissəsi əsaslı təmir olunacaq.
Bu məqsədlə müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15 milyon manat vəsait ayrılması nəzərdə tutulur.