Modern.az

Daşkənd Prezident İlham Əliyevi qarşılayır - GÖRÜNTÜ

Daşkənd Prezident İlham Əliyevi qarşılayır - GÖRÜNTÜ

Ölkə

23 Avqust 2026, 13:20

Daşkənd küçələrində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı qarşılanma plakatları yerləşdirilib və səfərə yerli mediada geniş yer ayrılıb.

Modern.az xəbər verir ki, Daşkənd küçələrində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı “Özbək torpağında sizi böyük məmnuniyyətlə salamlayırıq!” yazılı plakatlar yerləşdirilib.


Özbəkistan mediası da Azərbaycan Prezidentinin qarşıdakı səfərinə xüsusi diqqət ayırıb. “Uzbekistan 24” telekanalı Azərbaycan-Özbəkistan münasibətlərinə həsr olunmuş xüsusi süjet yayımlayıb. Süjetdə iki ölkə arasındakı əlaqələrin son illərdə fəal şəkildə inkişaf etdiyi vurğulanıb.

“Dostluq, etimad və müttəfiqlik Özbəkistanla Azərbaycan arasında münasibətlərin möhkəm təməlidir”, – süjetdə qeyd olunub.

Bildirilir ki, İlham Əliyevin Özbəkistana səfəri Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndiyi bir dövrə təsadüf edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!