Modern.az

Dünyanın ən böyük dövlət başçılarına “sui-qəsd”lərin təşkilatçısı...

Dünyanın ən böyük dövlət başçılarına “sui-qəsd”lərin təşkilatçısı...

Ölkə

26 Sentyabr 2010, 18:57

Braziliyalı rəssam Gil Viçentenin dünya liderlərinə həsr etdiyi "Düşmənlər" adlı ekspozisiyası böyük səs-küy doğurub. San-Paulu Sənət Fistifalına damğasını vuran rəssam öz əsərlərində dünya liderlərinə qarşı təşkil olunan sui-qəsd səhnələrini çəkib.

Bu rəsm əsərlərində Papa 16-cı Benedikt, ABŞ-ın eks-prezidenti Corc Buş, İsrailin sabiq baş naziri Ariel Şaron, İran prezidenti Mahmud Əhmədinejad, İngiltərə kraliçası II Yelizaveta və BMT-nin keçmiş baş katibi Kofi Annana tuşlanan silahlı adam təsvir olunub. Maraqlıdır ki, dünya liderlərinə silah tuşlayan “sui-qəsdçi” yerində rəssam özünü təsvir edir.

O da maraqlıdır ki, başına silah tuşlanan dünya liderlərindən biri Gil Viçentenin vətəndaşı olduğu  ölkənin - Braziliyanın dövlət başçısı Lula da Silvadır.

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, festivalın təşkilatçıları dünya liderlərini aciz vəziyyətdə göstərən şəkillərin əvvəlcə sərgidə nümayiş etdirilməsindən ehtiyatlanaraq buna icazə vermək istəməyiblər. Amma sənət əsərlərinə olan maraq, düşüncə azadlığı amilləri bu maneənin aşılmasına səbəb olub.

İndi bütün dünya braziliyalı rəssamın yaratdığı sənət əsərlərindən bəhs edirŞ onun müzakirəsini aparır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı