Modern.az

Zəngəzur dəhlizi ilə Azərbaycan–Türkiyə elektrik xətti çəkiləcək

Zəngəzur dəhlizi ilə Azərbaycan–Türkiyə elektrik xətti çəkiləcək

Ölkə

Bu gün, 13:43

Zəngəzur dəhlizi boyunca Azərbaycanla Türkiyə arasında elektrik ötürücü xəttin çəkilməsi planlaşdırılır. Layihə Xəzər və Mərkəzi Asiyanın “yaşıl enerji” potensialının Avropa bazarına çatdırılmasına imkan verəcək.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan–Türkiyə 5-ci Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, elektrik ötürücü xətt vasitəsilə Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı nəzərdə tutulur.

Pərviz Şahbazov qeyd edib ki, layihənin reallaşdırılması Azərbaycanla Türkiyə arasında enerji əməkdaşlığını daha da genişləndirməklə yanaşı, regionun Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirəcək.

Yeni enerji xətti Azərbaycanın bərpaolunan enerji ixracatçısına çevrilməsi və Şərqlə Qərb arasında enerji körpüsü rolunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?