"Kəlbəcər şəhərində üç yeni yaşayış məhəlləsinin tikintisinə gələn il başlanılması nəzərdə tutulur. Hazırda layihələr yekunlaşaraq ekspertiza mərhələsindədir".
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.
O bildirib ki, ikinci yaşayış məhəlləsi 182, üçüncü yaşayış məhəlləsi 476, dördüncü yaşayış məhəlləsi isə 807 mənzildən ibarət olacaq: "Yaşayış məhəllələri su, qaz, elektrik enerjisi və sürətli internetlə təmin ediləcək".