Modern.az

Bakıdakı dövlət qurumlarının iş saatları dəyişdi - QƏRAR

Bakıdakı dövlət qurumlarının iş saatları dəyişdi - QƏRAR

Ölkə

Bu gün, 17:42

Sentyabrın 15-dən Bakı şəhəri və ətraf ərazilərdə yerləşən bir sıra dövlət qurumlarında dəyişkən iş qrafikinin tətbiqinə başlanılacaq.

Modern.az xəbər verir ki, yeni iş rejimi sınaq məqsədilə iki ay müddətində qüvvədə olacaq.

Dəyişiklik dövlət orqanlarını, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxsləri, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxsləri əhatə edəcək.

Qurumlarda iş vaxtı üç müxtəlif rejimdə təşkil olunacaq:

Saat 08:00-dan 17:00-dək;
Saat 09:00-dan 18:00-dək;
Saat 09:30-dan 18:30-dək.

Hər iş rejimi üzrə əməkdaşların sayı ümumi işçi sayının 30 faizindən az olmayacaq.

İki aylıq sınaq müddətində yeni qrafikin Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığına təsiri aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndiriləcək.

Sınağın nəticələri təhlil edildikdən sonra dövlət qurumlarının iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.

Dəyişkən iş qrafikinin tətbiqi Prezidentin sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tapşırığa əsasən həyata keçirilir.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC